Şərtlər

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  • Pasport
  • Sürücülük vəsiqəsi
  • Əcnəbi vətəndaşlar – xarici passport, beynəlxalq nümunə sürücülük vəsiqəsi və ya yerli sürücülük vəsiqəsi
  • Qeydiyyat əsasında yaşayanlar – qeydiyyat sənədləri.
  • Sürücünün minimal yaş həddi – 23 yaş.
  • Minimal sürücülük stajı – 2 il.
  • Depozit- 250AZN

 

Avtomobil nəqliyyatı vasitəsinin İcarə Şərtləri 

Hazırkı avtomobil nəqliyyatı vasitəsinin icarə Şərtləri Avtomobil nəqliyyatı vasitəsinin (avtomobilin) İcarə Müqaviləsinin ayrılmaz hissəsidir. Müştərinin Müqavilədə etdiyi imzası onun hazırkı şərtlərlə razılığına dəlalət edir və Müştərinin  avtomobil nəqliyyatı vasitələrinin icarəsi ilə məşğul olan şirkət ilə (bundan sonra – “İcarəyə verən”) münasibətlərini tənzimləyən  bu Şərtlərin hər bir müddəasını diqqətlə oxuduğunu təsdiq edir. 

1. ƏSAS ŞƏRTLƏR 

  • 1.1. İcarəyə verən avtomobil nəqliyyatı vasitəsini Müştəriyə icarəyə verir və zəmanət verir ki, Avtomobilin icarəyə verildiyi anda avtomobil texniki işlək  vəziyyətdədir və bilavasitə təyinatı üzrə istifadəyə yararlıdır.  Avtomobilin icarə müddəti ərzində heç bir nasazlığı İcarəyə verənin Müqavilə üzrə öhdəliklərinin pozuntusu (yerinə yetirilməməsi) kimi qiymətləndirilmir. 
  • 1.2. Avtomobil nəqliyyatı vasitəsinin icarəyə qəbul olduğu an Müştəri onun vəziyyətinin ciddi yoxlanılmasına görə məsuliyyət daşıyır. Tərəflər istənilən aşkar nasazlığı təcili şəkildə bildirməli və bu barədə müvafiq akt tərtib etməlidirlər. 
  • 1.3. Müştəri zəmanət verir ki, o, və ya Müqaviləyə uyğun olaraq avtomobili idarə etmək hüququna malik olan  digər şəxslər:
    • Avtomobil nəqliyyatı vasitəsini idarə etmək üçün bütün tələb olunan icazələrə, lisenziyalara və vəsiqələrə malikdir;
    • Yol – nəqliyyat hadisəsinin törədilməsi nəticəsində barəsində cinayət təqibi faktları mövcud deyil;
    • Fiziki və ya psixiki xəstəlikləri, yaxud, avtomobil nəqliyyatı vasitəsini idarə etmək üçün maneçilik törədən psixiki pozuntuları mövcud deyil;
    • Qeyd olunan şəxslər alkoqollu içkilərdən və ya narkotik preparatlardan sui istifadə nəticəsində avtomobil nəqliyyatını idarə etmək hüququndan məhrum olunmamışdırlar. 

2. AVTOMOBİL NƏQLİYYATI VASİTƏSİNİN İSTİFADƏSİ 

  • 2.1. Müştəri avtomobilin istismarına başlamazdan əvvəl onun istismar qaydaları ilə tanış olmalıdır. 
  • 2.2. Müştəri  avtomobil nəqliyyatı vasitəsinin məsuliyyətli və səliqəli şəkildə istifadəsinə zəmanət verir. Xüsusən də, o, şəxsən və şəxsi hesabına avtomobilin mütəmadi standart xidmətini, yəni, suyun, yağın və əyləc mayesinin səviyyəsinin yoxlanılmasını həyata keçirir. İstifadə edilməyən dövrlərdə Avtomobilə siqnalizasiya sistemi işə salınmalıdır. 
  • 2.3. Yanacağın doldurulması üzrə xərclər müstəsna olaraq Müştəri tərəfindən ödənilir. 
  • 2.4. Müştəri aşağıda qeyd  olunan hallarda Avtomobil nəqliyyatı vasitəsini istifadə etməməyi öhdəsinə götürür:
    • Qadağan olunan təhlükəli yüklərin və malların daşınması üçün;
    • Maliyyə qazancı əldə etmək məqsədi ilə sərnişin daşımaq üçün;
    • Digər şəxslərə hətta təmənnasız olaraq, avtomobili idarə etməyi öyrətmək üçün;
    • Digər nəqliyyat vasitələrinin buksir edilməsi üçün;
    • Qəza və ya mexaniki nasazlıq baş verən halda;
    • İdman tədbirlərində;
    • Tibbi preparatların, alkoqollu içkilərin və ya narkotik vasitələrin təsiri altında olduğu halda.
  • 2.5. Müştəriyə avtomobil nəqliyyatı vasitəsinin görünüşünü dəyişmək, onun texniki avadanlığını dəyişmək, istənilən detalları və ya aksessuarları dəyişmək və ya çıxarmaq, avtomobilin üzərində hər hansı yazılar aparmaq qadağan edilir. 
  • 2.6. Müştəri Avtomobilin istismar dövründə yaranmış hər hansı cərimələri və digər ödnişləri, o cümlədən, dayanacaq xidməti üçün ödənişləri şəxsi hesabına  ödəməlidir. Bu məbləğlərin İcarəyə verən tərəfindən ödənildiyi halda Müştəri onların əvəzini İcarəyə verənə ödəməklə,  təcili şəkildə kompensasiya etməlidir. 
  • 2.7. Müştəri bütün icarə müddətində avtomobilin qorunmasını təmin edir. Müştəri zəmanət verir ki, avtomobil nəqliyyatı vasitəsini əvvəlcədən yoxlamadan tərk etməyəcək, bütün qapıları açarla bağlanacaq, pəncərələri və lyuku bağlı şəkildə saxlanılacaq, açarlar avtomobilin üzərində, salonunda və ya qapılarında saxlanılmayacaq. 
  • 2.8. İcarəyə verənin tələbi ilə Müştəri Avtomobilin yerləşdiyi yer haqqında məlumat verməlidir. 

3. AVTOMOBİL VASİTƏSİNİN TEXNİKİ NASAZLIĞI, YNH VƏ YA AVTOMOBİLİN ZƏDƏLƏNMƏSİ HALLARI BAŞ VERDİKDƏ MÜŞTƏRİNİN ÖHDƏLİKLƏRİ

  • 3.1. Müştəri avtomobil nəqliyyatı vasitəsinin istənilən texniki nasazlığı barədə İcarəyə verənə təcili məlumat verməlidir. 
  • 3.2. Qəza və ya nasazlıq avtomobil nəqliyyatı vasitəsinin qeydi düzgün və ya  ehtiyatsız şəkildə istifadəsi nəticəsində baş vermiş olarsa, Müştəri nəqliyyat vasitəsinin zədələnməsinə görə istənilən xərclərin, o cümlədən, avtomobil nəqliyyatı vasitəsinin dayandığı  günlər ərzində icarə haqqının, qüvvədə olan və qiymət cədvəlində müəyyən olunmuş qiymətlərə uyğun olaraq təmir xərclərinin ödənilməsinə görə məsuliyyət daşıyır.  
  • 3.3. İcarəyə verən avtomobil nəqliyyatı vasitəsini texniki nasazlığının nəticəsi olan istənilən gecikmələrə, bilavasitə və dolayı zərərlərə görə məsuliyyət daşımır. 
  • 3.4. Avtomobilin zədələndiyi və ya yol – nəqliyyat hadisəsinin baş verdiyi hallarda (o cümlədən, qaçırılma, qaçırma cəhdləri və ya vandalizm aktı) Müştəri aşağıda göstərilənləri öhdəsinə götürür:
    • Təcili şəkildə YNH nümayəndələrini çağırmaq;  zədələnmiş əmlakın ətraflı siyahısı ilə birgə protokolun sürətini almaq, şahidləri qeyd etmək; hadisə anından sonra 24 saat ərzində İcarəyə verəni məlumatlandırmaq; sığorta şirkətindən sığorta halına görə vəsaitləri almaq məqsədi ilə 10 gün ərzində İcarəyə verənə bütün tələb olunan sənədləri təqdim etmək.

4. MÜŞTƏRİNİN MƏSULİYYƏTİ

  • 4.1. Müştəri Müqavilə şərtlərinə riayət etmədiyi halda yaranan bütün iddialara və iradlara görə məsuliyyəti müstəqil şəkildə daşıyır. 
  • 4.2. Avtomobilin istifadəyə alındığı andan İcarəyə verənə təhvil verildiyi ana qədər Müştəri icarəyə götürülmüş avtomobil nəqliyyatı vasitəsinin sahibi qismində çıxış edir və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq üçüncü şəxslər qarşısında və yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət daşıyır. 

5. İCARƏYƏ VERƏNİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 

  • 5.1. Avtomobilin istismara yararsız olduğu halda İcarəyə verən şəxsi mülahizəsinə görə onu dəyişir və icarəyə götürülmüş nəqliyyat vasitəsinin xarakteristikalarına oxşar nəqliyyat vasitəsini təqdim etməyi öhdəsinə götürür. 
  • 5.2. İcarəyə verən Avtomobilin Müştərinin təqsiri üzündən baş vermiş nasazlıqları nəticəsində yaranan zərərlərə görə məsuliyyət daşımır. 
  • 5.3. İcarəyə verən avtomobildə daşınan Müştərinin və ya üçüncü şəxslərin şəxsi əşyalarına dəymiş zərərə görə məsuliyyət daşımır.
  • 5.4. Müştəri tərəfindən Müqavilənin hər hansı müddəaları və ya şərtləri pozulan halda, eləcə də, Müştəri tərəfindən Müqavilənin bağlanması zaman yalnış məlumatların təqdim edildiyi halda İcarəyə verən hazırkı Müqaviləyə vaxtından əvvəl xitam vermək və avtomobilin təcili şəkildə geri qaytarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunan halda Müştəri Müqaviləyə xitam verilməsi haqqında bildiriş aldığından sonra Avtomobili İcarəyə verənə təcili qaydada qaytarmalıdır.

6. Müştərinin avtomobil nəqliyyatı vasitəsinin qaytarılması üzrə öhdəliyi.

  • 6.1. Müştəri  avtomobili Müqavilədə qeyd olunan gündə və saatda  təmiz, ideal işlək vəziyyətdə, icarənin əvvəlində mövcud olan yanacaq həcmindən az olmayan həcmdə yanacaqla təmin olunmuş halda, İcarəyə verən tərəfindən təqdim olunmuş bütün ləvazimatlarla və sənədlər toplusu ilə birgə geri qaytarmalıdır.
  • 6.2. Avtomobilin İcarəyə verənə geri qaytarılması Tərəflərlə Avtomobilin qaytarılması haqqında İkitərəfli Aktın imzalanması yolu ilə təsdiq olunur. 
  • 6.3. Müştəri tərəfindən avtomobilin Müqavilədə  nəzərdə tutulmuş müddətdə qaytarılmadığı halda İcarəyə verən atomobilin qaçırılması barədə ərizə ilə  Azərbaycan Respublikasının DİN orqanlarına müraciət etmək hüququna malikdir. 
  • 6.4. Avtomobilin icarə müddətinin artırıldığı halda Tərəflər yeni İcarə müqaviləsini tərtib edirlər. Eyni avtomobil nəqliyyatı vasitəsinin yeni İcarə müqaviləsinin bağlanması üçün sorğu qüvvədə olan müqavilənin müddətinin başa çatmasına azı 3 gün qalmış İcarəyə verənə yazılı şəkildə təqdim olunmalıdır. 

7. ÖDƏNİŞ

  • 7.1. İcarəyə verənin xidmətlərinin ödənilməsi İcarəyə verənin Müqavilədə qeyd olunan tarifləri əsasında həyata keçirilir. Ödəniş AR Mərkəzi Bankı tərfindən ödəniş gününə müəyyən olunmuş məzənnəyə uyğun olaraq manatla həyata keçirilir. 
  • 7.2. Avtomobilin vaxtında geri qaytarılmadığı halda Müştəri İcarəyə verənə icarə haqqından əlavə Müqaviləyə uyğun olaraq hesablanmış gecikmə müddəti üçün cərimə ödəyir.   2 saatdan artıq gecikdirmə halı avtomobilin vaxtında qaytarılmaması kimi qəbul olunur. 

8. YEKUN MÜDDƏALAR 

  • 8.1. Müqavilənin qüvvədə olma müddətinin başa çatması Tərəflərin müqavilə üzrə öhdəliklərinin bitməsi anlamına gəlir, lakin, icarə müddəti ərzində hər hansı pozuntuya yol verilmiş olarsa, bu pozuntulara görə məsuliyyətdən azad etmir.
  • 8.2. Müqavilədən və ya onunla əlaqədar olaraq yarana biləcək hər hansı mübahisələr və fikir ayrılıqları mümkün qədər Tərəflər arasında danışıqlar yolu ilə həll olunacaq.
  • 8.3. Mübahisəli məsələlərin danışıqlar yolu ilə həlli mümkün olmazsa, bütün mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq Bakı şəhərinin arbitraj məhkəməsində həll olunacaq.