Transfer xidməti


Transfer xidməti

Göstərdiyimiz xidmətlərdən biridə, transfer xidməti dir

Transfer servisi A məntəqəsindən B məntəqəsinə sürətli çatdırma xidmətidir. Müxtəlif istiqamətlərdə olan transfer servisini siyahıdan seçə, yaxud Əlaqə bölməsində qeyd edə bilərsiniz. Transfer xidməti nə zaman sifariş verə bilərsiniz?

Siz istirahətinizi planlaşdırırsınız? İstirahətdən geri dönmək istəyirsiniz? Yoxsa bir məntəqədən digər məntəqəyə çatdırmaq lazımdır? Onda axtardığınız transfer xidmətidir.

Bəs digər taksi kimi nəqliyyat xidmətlərindən transfer xidmətinin üstünlüyü nədir?

Taxi xidməti sizi tanımır, qarşılamır, treyninqlərdən keçmir. Bizim əməkdaşlarımız xarici dil treyninqlərindən keçərək, yüksək səviyyəli servis göstərməkçün kurslardan müntəzəm keçirlər. Şirkətin qoyduğu qayda-qanuna əsasən müştərilərinə yardımçı olurlar.

Əksərən transfer xidməti aşağıdakı hallarda çağırılır.

Bununçün sizdən nə tələb olunur?

Bizə yalnız sizin əlaqə məlumatlarınız və uçuş bileti kimi yardımçı məlumatlarınız gərəkir.

FastRent olaraq transfer xidmətində öhdəmizə nə düşür?

Əməkdaş qeyd etdiyiniz məkanda, (bu aeroport, şəhər ola bilər) adınız qeyd olunan lövhə ilə gözləyir. Sizi qarşıladıqdan sonra maşına qədər müşayət edir, baqajınızın aparılmasında köməklik göstərir. Hər şeyin qaydasında getdiyində əmin olduqdan sonra sizi B ünvanına səliqləli, qaydalar çərçivəsində çatdırır. Sizin hoteldə və ya digər yerdə yerləşməyinizə yardımçı olur.

Biz çalışırıq ki, sizin keçirtdiyiniz istirahət vaxtı bizim xidmətlə birgə daim yaddaşınızda xoş xatirə kimi qalsın.

Bizimlə əlaqə

Necə kirayə etməli

Avtomobil icarəsini saytımızdan online etmək mümkündür. İstədiyiniz klassa uyğun avtomobili seçin, qiymətlərlə tanış olun, şəkillərinə baxın, lazım gələrsə əlavələrinizi yerləşdirin. Formaları doldurduqda isə nə qədər ətraflı məlumat versəniz, daha tez öz müqavilə formanızı və avtomobilinizi əldə edə biləcəksiniz. İstəsəniz e-mail, mobil nömrələrimizə zəng vurmaqla nail ola bilərsiniz. 7/24 saat sizlərçün calışırıq

Rəylər



Bizim üstünlüklərimiz

Ucuz avto kirayə qiymətləri


Biz daim çalışırıqki, icarə xərclərimizi azaldaraq, keyfiyyəti qorumaq şərtilə ucuz, sərfəli qiymətlərlə xidmətinizdə olaq, istədiyiniz maşınları bizdən rahat şərtlərlə icarə əldə edəsiniz.

Müxtəlif avtomobil icarəsi


Vaxtaşırı avtomobillər texniki baxışdan keçirilərək müştərilərimizə icarə vaxtı təmiz, işlək vəziyyətdə verilir. Avtomobillər 100%-lik sığortalanıb.

Ən yaxşı xidmət


İşçilərimiz müntəzəm, mütəmadi cürbəcür treyninqlərdən keçərək xidmət sahəsində biliklərini artırıb yaxşı mənada mükəmməl qulluq təqdim olunmasına çalışırlar

Ölkədaxili Transfer


Nəinki kirayə, o cümlədən, transfer xidmətləri də göstəririk. Siz aeroportdan, hava limanından düşdüyünüz andan etibarən əməkdaşlarımız sizi qarşılayacaq, əla səviyyədə servis göstərəcək, göstərdiyiniz ünvana çatdıracaq. Yolboyu nəqliyyat sahəsində arzu istəklərinizi onlarla bölüşə, onlar isə öz növbəsində yol yoldaşı olaraq, əllərindən gələni edərək yardımçınız olmağa can atacaqlar.

Ölkədaxili Turlar.


Saytıımızda turlardan seçim edin, tapmasanız belə ürəyinizdən keçən turları qeyd edərək, bizə forma vasitəsilə, mail ünvanlayın, əlimizdən gələni edəcəyik, istirahətiniz gözəl səviyyədə keçsin.

Sürücü ilə avtomobil


Sizə yalnız avtomobil klassını seçmək qalır. Qalanını bu sahədə peşəkarların öhdəsinə buraxın. Yoldan həzz alın, işlərinizi görün, dincəlin, əziyyət bizlərə qalsın.