Sual Cavab


Sual Cavab

Sizin icarə avtomobillərinizin üstündə reklam banneri varmı?

İcarəyə təqdim olunan avtomobillərin heç birində reklam bannerləri yerləşdirilməyib.

Reservasiya etməmiş, yaxınlaşdığım gün avtomobili icarəyə götürə biləcəm?

Əlbəttə, parkımızda avtomobil qaldığı halda siz maşını əldə edə biləcəksiniz. Ancaq yaxşı olardı, prosesi online olaraq edəsiniz ki, artıq yaxınlaşdığınız anda əvvəlcədən bron etdiyiniz avtomobili götürə biləsiniz. vaxt itirmədən sənədlərinizə əvvəlcədən hazırlayaq.

İcarə avtomobildə nə qədər benzin olur?

Benzin siyasətində sərt politika aparmırıq. Yəni, benzin ilkin sizə hansı miqdarda təqdim olunursa, eyni miqdarda geri qaytarmalısınız.

İcarəyə minimal müddət nə qədərdir?

Avtomobillər icarəyə minimal 2 günlük təqdim edilir. Daha qısa müddətlik avtomobil istəyirsinizsə buyurub sifariş edin, yalnız ödənişiniz 2 günlük alınacaq.

Götürdüyüm saatda avtomobili qaytarmasam ödəniş necə olacaq?

Belə halda ödəniş yarımgünə qədər günün 50%-i, yarım günü keçsə 100%-i qədər əlavə ödəniş alınacaq.

Uzunmüddətli kirayə avtomobil təqdim edirsinizmi?

Bəli, bu sahədə də çalışırıq. Əsasən digər şirkətlərlə əməkdaşlığımız bucür müqavilə əsasında qurulub. Bu zaman qiymətlərə individual yanaşmaq mümkündür. Bunun üçün bizimlə əlaqə qurub tələblərinizdən asılı olaraq uyğun qiymət ala bilərsiniz.

Mənim sürücülük vəsiqəm beynəlxalq standartlar çərçivəsində digər ölkə tərəfindən verilib. Həmən vəsiqəylə maşın icarə edə bilərəmmi?

Sürücülük vəsiqəsiniz beynəlxalq standartlar əsasında tərtib olunubsa o zaman, Azərbaycan daxili bizim avtomobilləri sürə bilərsiniz.

Hadisə zamanı avtomobilə dəymiş zərəri kim ödəyir?

Bizim bütün avtomobillərimiz icbari, Kasko sığortayla təmin olunmuşdur. Hadisə zamanı günahsızlığınız sübut olunubsa depozitiniz saxlanılmır, sığorta məsuliyyəti öz üzərinə götürür. Əks təqdirdə, günahkarsınızsa bu halda depozitiniz saxlanılmır, zədə miqdarında itir, digər ödənişlər isə sığorta tərəfindən ödənilir. Bütün hallarda sığorta şərtlərinə əməl etməlisiniz ki, yuxarıda sadalanan (Hadisə zamanı avtomobili yerindən tərpətmək qadağandır, dərhal sığortaya, dövlət yol polis əməkdaşlarıyla əlaqə qurub, bizə bildirməlisiniz) şərtlərə düşəsiniz.

Avtomobili hansı vəziyyətdə təhvil verməliyəm?

Avtomobili təmiz, saz vəziyyətdə qaytarmalısınız. Əgər avtomobil çirklidirsə yuyulma ödənişi etməlisiniz, yaxud yuyulmuş vəziyyətdə qaytarmalısınız. Sizin üçün yaxınlıqda şərait yaratmışıq ki, avtomobili təmizləsinlər. Həmçinin, avtomobil təhvil verilərkən akt əsasında verilir (İlk yardım dəsti, yanğınsöndürən, əlavə təkər və s. qeyd olunur), həmən akt əsasında geri qaytarılır.

Avtomobili harada geri qaytara bilərəm.

Avtomobili istədiyiniz yerdə qaytara bilərsiniz. Buna görə öncədən menecmentlə danışıq aparıb dəqiqləşdirə bilərsiniz. Çatdırılma, geri qaytarılma müəyyən məsafələrə əsasən qiymət fərqi yarada bilər.

 

Avtomobillərə uşaq kreslosunu quraşdırmaq olarmı?

Bəli, əvvəlcədən bunun üçün menecmentlə əlaqə saxlamağınız kifayətdir ki, öncədən uşaq kreslosunu quraşdıraq.

Neçə yaşdan başlayaraq avtomobil icarəyə götürə bilərəm.

Sifarişçinin ən azı 23 yaşı olmalı, 2 il sürücülük stajı tələb olunur.

Mən 2-ci sürücü ilə avtomobil icarə etmək istəyirəm, mümkündürmü?

Bəli, sürücünün yaş həddi, stajı şərtlərə uyğun gəlirsə, ikinci sürücünün adını müqavilədə qeyd etməklə, digər sürücü üçün yol vərəqəsi də əldə edə bilərsiniz.

Əgər avtomobil yolda nasaz olarsa, ya hansısa problem yaşanarsa biz nə etməli?

Müştərilərimizi daim düşünürük. Maşında nasazlıq yaranırsa onu dərhal yerində həll etməyə çalışırıq.

Avtomobili hansı hüdudlarda sürə bilərəm?

Avtomobili Azərbaycandaxili ərazilərdə idarə etmək hüququna maliksiniz.

Sizin kirayə verdiyiniz avtomobili oğurlasalar necə olacaq?

Şirkətimizin avtomobilləri oğurluqdan sığortalanmışdır. Günahkar deyilsinizsə onda mütləq polisə xəbərdarlıq edib, oğurlanma faktını aktlaşdırmaq, bizimlə əlaqə qurmağınız lazımdır. Yadınızdan çıxartmayın ki, oğurluq baş verdikdə bizə maşının sənədlərini, açarlarını təhvil verməlisiniz. Əks halda sığorta oğurluq hadisəsini qarşılamayacaq.

Parkınızı hansı müddətdən bir yeniləyirsiniz?

Vaxtaşırı olaraq icarə avtomobil parkımızı genişləndirməyə çalışırıq ki, bütün istəklərinizə uyğun gəlsin.

Bizimlə əlaqə

Necə kirayə etməli

Avtomobil icarəsini saytımızdan online etmək mümkündür. İstədiyiniz klassa uyğun avtomobili seçin, qiymətlərlə tanış olun, şəkillərinə baxın, lazım gələrsə əlavələrinizi yerləşdirin. Formaları doldurduqda isə nə qədər ətraflı məlumat versəniz, daha tez öz müqavilə formanızı və avtomobilinizi əldə edə biləcəksiniz. İstəsəniz e-mail, mobil nömrələrimizə zəng vurmaqla nail ola bilərsiniz. 7/24 saat sizlərçün calışırıq

Rəylər



Bizim üstünlüklərimiz

Ucuz avto kirayə qiymətləri


Biz daim çalışırıqki, icarə xərclərimizi azaldaraq, keyfiyyəti qorumaq şərtilə ucuz, sərfəli qiymətlərlə xidmətinizdə olaq, istədiyiniz maşınları bizdən rahat şərtlərlə icarə əldə edəsiniz.

Müxtəlif avtomobil icarəsi


Vaxtaşırı avtomobillər texniki baxışdan keçirilərək müştərilərimizə icarə vaxtı təmiz, işlək vəziyyətdə verilir. Avtomobillər 100%-lik sığortalanıb.

Ən yaxşı xidmət


İşçilərimiz müntəzəm, mütəmadi cürbəcür treyninqlərdən keçərək xidmət sahəsində biliklərini artırıb yaxşı mənada mükəmməl qulluq təqdim olunmasına çalışırlar

Ölkədaxili Transfer


Nəinki kirayə, o cümlədən, transfer xidmətləri də göstəririk. Siz aeroportdan, hava limanından düşdüyünüz andan etibarən əməkdaşlarımız sizi qarşılayacaq, əla səviyyədə servis göstərəcək, göstərdiyiniz ünvana çatdıracaq. Yolboyu nəqliyyat sahəsində arzu istəklərinizi onlarla bölüşə, onlar isə öz növbəsində yol yoldaşı olaraq, əllərindən gələni edərək yardımçınız olmağa can atacaqlar.

Ölkədaxili Turlar.


Saytıımızda turlardan seçim edin, tapmasanız belə ürəyinizdən keçən turları qeyd edərək, bizə forma vasitəsilə, mail ünvanlayın, əlimizdən gələni edəcəyik, istirahətiniz gözəl səviyyədə keçsin.

Sürücü ilə avtomobil


Sizə yalnız avtomobil klassını seçmək qalır. Qalanını bu sahədə peşəkarların öhdəsinə buraxın. Yoldan həzz alın, işlərinizi görün, dincəlin, əziyyət bizlərə qalsın.